BAKI, 10 oktyabr — Sputnik. Avstraliyada qəribə hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyada tətilə gedən Metyu Reyson istirahət zamanı qızıl əjdaha masajı elətdirib. Masaj zamanı xırda pulları kürəyinə qoyub və onun kürəyində əjdaha formasının yaranacağını deyib.
© HLN / FacebookMetyünün masajdan sonrakı vəziyyəti
Metyünün masajdan sonrakı vəziyyəti
Səhər gənc kişinin kürəyində əjdaha formasında izlər yaranmağa başlayıb. Bunu onun ailə üzvləri görüb. Kişi vəziyyətinin ağır olduğundan stress keçirsə də, bir neçə gün sonra izlər getməyə başlayıb.
Qeyd edək ki, kişi bel ağrılarından uzun illər əziyyət çəkirmiş.