BAKI, 10 oktyabr — Sputnik. Macarıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin baş naziri Viktor Orban ilə yenidən qurulan "Gül Baba" türbəsinin açılış mərasiminə qatılıb. Bu barədə Sputnik Türkiyə "Euronews"-a istinadən xəbər verir.
Mərasimdəki çıxışlarından sonra Ərdoğan və Orban mərasim üçün hazırlanan mavi lenti kəsiblər. Bu zaman Orban bıçağı Ərdoğanın əlindən almağa çalışarkən, Türkiyə prezidenti "Bu qayçı mənimdir, o da sənin" deyə bildirib.
— euronews Türkçe (@euronews_tr) 9 октября 2018 г.
▶️https://t.co/7dVJSjvqEQ pic.twitter.com/4uBCQTXefz
Ərdoğanın bu sözlərinə cavab olaraq macar baş nazir "Qayçı ilə çox təhlükəli dayanırsan" cavabını verib.
Nəticədə hər ikisi və ətrafdakılar gülüşüblər. Bundan sonra Ərdoğan hər iki qayçını lentlə bağlayaraq öz cangüdənlərinə verib.