Sürücülərə xəbərdarlıq: Bu gündən yeni cərimə tətbiq ediləcək

© Photo : BNA-nin mətbuat xidmətiS.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində yeni çəkilmiş yol xətti
S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində yeni çəkilmiş yol xətti - Sputnik Azərbaycan
Abunə olmaq
Yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub

BAKI, 9 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi bəzi yollarda tıxacın qarşısını alması üçün yeni layihə həyata keçirir. Bəzi küçələrin kəsişməsində sarı xətlər çəkir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sarı kəsişmə torları yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisdə sürücülərlə bağlı cəzaların sərtləşdirilməsi təklif olunub

Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Yəni kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır.

Onu da qeyd edək ki, mövcud qanunvericilikdə də bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.

Xəbər lenti
0