Türkiyə XİN-dən səudiyyəli jurnalistin itməsi ilə bağlı açıqlama

© REUTERS / Osman Orsalİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Shamdasani səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsindən ciddi narahatlıq keçirdiklərini deyib

BAKI, 9 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış aparılacaq.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Shamdasani səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsindən ciddi narahatlıq keçirdiklərini deyib. O, Türkiyə və Səudiyyə Ərəbistanına müraciət edərək iki ölkənin bir an əvvəl istintaq apararaq hadisənin işıqlandırılmasının lazım olduğunu dilə gətirib.

Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edirlər. 

Cemal Kaşıkçı - Sputnik Azərbaycan
Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

Səudiyyə hakimiyyətini tənqid edən Qaşıqçı son bir il ərzində öldürülmək qorxusundan Vaşinqtonda yaşayıb. O İstanbuldakı konsulluğa nikah imzalamaq üçün lazım olan sənədləri almağa gəlibmiş. Onun nişanlısı isə Kaşıkçını çöldə gözləyib. Həmin vaxtdan jurnalisti görən olmayıb.

Türkiyə polisi Kaşıkçının konsulluqdan çıxdığını heç kəsin görmədiyini bildirir. Ər-Riyad isə onun həmin gün çıxıb getdiyini deyir.

ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü Kris Mörfi bu məsələ ilə bağlı sərt çıxış edib: "Əgər səudiyyəlilərin ABŞ-da yaşayan birini hiylə ilə konsulluğa çağırıb öldürmələri doğru isə, Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz dayandırılmalıdır". Mörfi Səudiyyə Ərəbistanından olayla bağlı dərhal açıqlama verilməsini tələb edib.

Xəbər lenti
0