Sabaha gözlənilən xəbər açıqlandı

CC0 / Free-Photos / ВетерВетер на поле
Ветер на поле - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir

BAKI, 9 oktyabr — Sputnik. 10 oktyabrda gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Дождь, фото из архива - Sputnik Azərbaycan
Sabaha gözlənilən hava məlumatı açıqlanıb

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0