CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pravoslav Kilsəsinin rəhbəri ölkəmizdə rus dilinə münasibətdən danışır

© Sputnik / Murad OrujovRus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein - Sputnik Azərbaycan
Abunə olmaq
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein deyir ki, ölkəmizin bir çox vətəndaşı bu dilin vasitəsilə rus mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış olurlar

Aleksandr İşşein: “Rus dili humanitar elmlərdə biliklərin artırılmasına kömək edir”
“Rus dili Azərbaycanda geniş yayılıb. Ölkəmizin bir çox vətəndaşı bu dilin vasitəsilə rus mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış olurlar. Ən başlıcası isə dünya elminin nailiyyətlərini öyrənirlər”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçısı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein deyib.

O bildirib ki, rus dili təkcə ədəbiyyatda deyil, ümumilikdə, humanitar elmlərdə də biliklərin artırılmasına kömək edir: “Bununla əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən forum çox vacib hadisədir. Bu forumun keçirilməsi mədəniyyət sahəsində ölkəmizə göstərilən böyük marağın bariz nümunəsidir”.

“Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda beynəlxalq elmi-praktik forum oktyabrın 5-7-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilib. Beynəlxalq forum Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyəti, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası, Azərbaycanda Rus İcması, habelə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının Moskva Dövlət Pedaqoji Universiteti və Aleksandr Soljenitsın adına Rus Mühacirliyi Evi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Aleksandr İşşeinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0