Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Siyasi gərginlik böyük maliyyə axını gətirib: İran itirir, Azərbaycan və Rusiya qazanır

© REUTERS / Brendan McDermidНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı ekspert: "Neftin qiymətlərinin artması istər Azərbaycan, istərsə də digər neft ixrac edən ölkələr üçün müsbət əlamətdir"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan və regionda neft-qaz layihələri olan hər bir dövlət üçün neftin qiymətləri nə qədər çox qalxsa, bir o qədər yaxşıdır. Bunu Sputnik Azərbaycan-a Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov deyib.

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİqor Yuşkov
İqor Yuşkov - Sputnik Azərbaycan
İqor Yuşkov

Neftin qiymətlərinin qalxmasının Azərbaycan və Rusiyaya necə təsir edəcəyi barədə suala cavab verən analitik qeyd edib ki, Azərbaycan ixraçatçı ölkə olduğu üçün onun gəlirləri kifayət qədər yüksək olacaq. Ekspertin sözlərinə görə, Azərbaycanın özünün və digər ölkələrdəki Azərbaycan şirkətlərinin layihələri daha çox rentabellidir.

"Neft nə qədər baha olsa, kredit almaq və daha yüksək dəyəri olan layihələri inkişaf etdirmək imkanları da bir o qədər böyük olur. Bu səbəbdən də neftin qiymətlərinin artması istər Azərbaycan, istərsə də digər neft ixrac edən ölkələr üçün müsbət əlamətdir" — Yuşkov bildirib.

Ekspert hesab edir ki, neftin qiymətlərinin qalxması Rusiyaya da sanksiyalardan çəkdiyi əziyyətləri daha yüngül adlamağa kömək edəcək. Yuşkovun fikrincə, əslində, hər barelə görə 40 dollardan artıq olan gəlirlər büdcəyə əlavə vəsaitlərin daxil olması deməkdir.

Analitik izah edib ki, əslində ABŞ və Qərbin sanksiyaları Rusiyanın özünün büdcə kəsirləri ilə bağlı xarici siyasətini dəyişməsinə yönəldilib: "Qiymətlər yüksək olanda və Rusiya büdcəsi bu vəsaitləri alanda, sanksiyaların mənfi təsiri aradan qalxır. Ona görə də, neft nə qədər baha olsa, Rusiya iqtisadiyyatına bir o qədər xeyirdir".

Sputnik Azərbaycan-ın həmsöhbəti onu da deyib ki, İrana qarşı əlavə, sərt sanksiyaların tətbiqindən gözlənilənlər neft qiymətlərinin yüksəlməsinin əsas səbəbidir: "B ilin 5 noyabrından etibarən qüvvəyə minəcək yeni Amerika məhdudiyyətləri kifayət qədər sərt olacaq və onlar İranın ümumiyyətlə neft ixracını dayandırmasına istiqamətlənib".

Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan neftinin qiyməti son illərin rekord həddinə çatır

Yuşkov qeyd edib ki, bu məsələdə İrandan asılı heç nə yoxdur: "Amerikalılar digər ölkələrə və şirkətlərə İran neftini almağı qadağan edir. İndi gözlənilən odur ki, İran ixracı dayandıracaq və yaxud da öz ixracını radikal şəkildə ixtisar edəcək. Nəticədə dünya bazarında neft defisiti yaranacaq. Bu səbəbdən də "qara qızıl"ın qiymətləri yüksələcək".

""OPEC+" razılaşmasına əsasən, onlar neft hasilatı ilə bağlı kvotanı artırmayacaqlar. Və bütün bir-biri ilə əlaqəli bu hadisələr neftin qiymətinin yüksəlməsinə təsir edir" — deyə analitik bildirib.

Yuşkovun fikrincə, digər tərəfdən, neft hasilatının aşağı düşməsi gələcəkdə Amerikada şist neftinin hasilatının artmasına səbəb olacaq və beləliklə də bazarda yeni daha böyük həcmli neft ixracatçıları peyda olacaq. Bununla belə, ekspert "OPEC+"in anlaşmasının pozulacağını da istisna etmir. Belə olan təqdirdə bazarın bütün iştirakçıları çalışacaqlar ki, hasilatı maksimum artırsınlar və dünya bazarına daha çox neft təklif etsinlər.

Qeyd edək ki, Londonun ICE birjasındakı hərraclarda 2018-ci ilin noyabr ayı üçün tədarük edilən "Brent" markalı neftin fyuçers qiyməti 2,6% artaraq hazırda bir barel üçün 85,02 dollar təşkil edir. Bunu sözügedən birjanın məlumatları da təsdiqləyir. Sonuncu dəfə "Brent" markalı neftin bir barelinin qiyməti 3 noyabr 2014-cü ildə bu həddə olub.

Xəbər lenti
0