BAKI, 2 oktyabr — Sputnik. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşaraq 85,94 dollar təşkil edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan nefti axırıncı dəfə 2014-cü ildə 85 dollardan baha satılıb.
"Brent" markalı neftin bir barelinin qiyməti 0,09 dollar artaraq 85,07 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 75,61 dollar olub.