BAKI, 9 oktyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək barədə təklifini ən azı 55 deputat dəstəkləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, bu səsvermə Paşinyana parlamentdə səs çoxluğu və dekabrda növbədənkənar parlament seçkiləri keçirmək hüququ verir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Paşinyan istefa verməli və parlament iki həftə ərzində yeni hökumət başçısı seçməməlidir.