Erməni vitse-spiker xalqa "od püskürdü": "Bundan sonra başınıza gələcəklərdən həzz alın"

© SputnikВнеочередное заседание Национального Собрания Армении (19 июня 2018). Еревaн
Внеочередное заседание Национального Собрания Армении (19 июня 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Eduard Şarmazanov: "Paşinyanın indi etdiyini o zaman Bonapart, Hitler, bolşeviklər edirdi"

BAKI, 9 oktyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Respublikaçı Partiyası Baş nazir postuna öz namizədliyini irəli sürməyəcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Eduard Şarmazanov deyib.

Nikol Paşinyan - Sputnik Azərbaycan
Əliyevlə operativ əlaqə yaratmamışam – Paşinyan vədinə xilaf çıxdı

"Bizim Baş nazir postuna öz namizədimizi irəli sürmək niyyətimiz yoxdur. Həyat davam edir və bu da keçəcək. Biz bir il və ya iki ildən sonra sıfır olan daha güclü siyasətçilər görmüşük. "Paşinyan qalmasa, hökumət çökəcək" kimi nağılları da özlərində saxlasınlar" — o bildirib.

"Əgər Paşinyan diktaturaya doğru gedirsə, mən onu qorumalıyam? Əgər ölkədə plüralizm düşüncələri boğulursa, hökumət başçısı isə parlament tribunasından təhdidlərlə çıxış edib, insanları parlament binasına gətirib, təzyiq göstərirsə, mən onu qorumalıyam?" — deyə Şarmazanov əlavə edib.

Ermənistanın vitse-spikeri vurğulayıb ki, heç də hamı sosial şəbəkələrdə, parlament binası qarşısında toplaşan 20-30 min insanın təhqir və təhdidlərinə dözə bilməz: "Bizim kimi cəmi bir neçə mazaxist qalıb. Son beş ayda Ermənistanda Paşinyan və onun tərəfdarları fikir plüralizmini öldürmək istəyirlər. Mən bilirəm, çoxlarını mənim sözlərim hiddətləndirəcək. Lakin mənə deputat mandatı lazım deyil".

Jurnalistin "Bundan sonra Ermənistanda siyasi hadisələr necə inkişaf edəcək?" sualına cavab olaraq Şarmazanov qeyd edib ki, növbədənkənar parlament seçkiləri olacaq: "Aydın deyil? Son artıq çatıb. Ermənistanda Konstitusiyaya və hakimiyyətin bölünməsi prinsipinə təcavüz edilib. Ermənistan tarixində ilk dəfə icra orqanı güc yolu ilə qanunverici orqanın ərazisinə daxil olub. Bunu "xalqın istəyi" olaraq adlandırın. Ya da necə istəyirsinizsə, elə də adlandırın".

"Öz vaxtında Napaleon Bonapart, Adolf Hitler də bu cür etmişdi, bolşeviklər də xalqın adı ilə hərəkət edirdilər. Artıq kimin necə faiz toplayacağı əhəmiyyətli deyil. Bu sondur. Ermənistanda plüralizm öldü. Sadəcə bizdə Baş nazir yox, şah, diktator və ya tiran olacaq. Bunu istəyirdiniz? Həzz alın. Mən bunları deyirəm və anlayıram ki, Ermənistan əhalisinin böyük əksəriyyətində bu sözlər əks reaksiyaya səbəb olacaq. Lakin mən bunu özüm üçün, vicdanımın təmiz olması üçün deyirəm. Belə çıxır ki, kim 20-30 və ya 100 min insan toplasa, istədiyini edə biləcək? Lakin siyasətdə həmişə bumeranq qanunu işləyir. Mən bunu öz səhvlərimizi nəzərə almaqla deyərəm" — E.Şarmazanov vurğulayıb.

Xəbər lenti
0