BAKI, 8 oktyabr — Sputnik. Yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə Sputnik Ermənistan politoloq Suren Sarkisyana istinadən xəbər verir.
Onun sözlərinə görə, səfər müşavirin öz təşəbbüsü ilə baş tutacaq.
"Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri iki həftə sonra (əgər nəsə baş verməzsə) Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün ikitərəfli münasibətlər baxımından unikal imkandır" — deyə ekspert yazır.
Sarkisyan, əmindir ki, erməni tərəfi "ciddi məsələləri" Bolton vasitəsilə həll edə bilər. O, bunu "öz ayağı ilə gələn nadir şans" kimi dəyərləndirib.