Vərəm tüğyan edir – “SOS” verildi

© AP Photo / Anja NiedringhausÜmumdünya Səhiyyə Təşkilatının loqosu
Ümumdünya Səhiyyə Təşkilatının loqosu - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə 1,3 milyon insan bu xəstəlikdən ölüb

BAKI, 8 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı vərəmin daha çox yayıldığı bölgələrin adını açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İlk yerdə Lesato krallığıdır. Məlumata görə, burada hər 100 min nəfərdən 665-i vərəm xəstəliyinə tutulub. Cənubi Afrikada 100 min nəfərə 567, Filippində isə 554 nəfər yoluxub. Bundan başqa, təhlükəli ölkələrin beşliyinə Mozambik (551), Qabon da (529) düşüb.

ÜST ekspertlərinin fikrincə, vərəm ölümcül xəstəliklərdəndir. Belə ki, 2017-ci ildə 1,3 milyon insan bu xəstəlikdən ölüb.

Обувь для жениха и невесты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda nikaha daxil olanlarda təhlükəli xəstəlik tapılıb

Xəstəlik daha çox Afrika və Şərqi Asiyada yayılıb. 2017-ci ildə Hindistanda 2 milyon 740 min, Çində isə 889 min insan bu xəstəliyə yoluxub.

Statistikaya görə, qərb ölkələri demək olar ki, vərəmə qalib gəlib. ABŞ-da 100 min nəfərə 3 vərəmə yoluxma halı, İrlandiya və Avstraliyada 7, Böyük Britaniyada 9 hal qeydə alınıb.

Barbados, Virciniya adaları, Monakoda Kuka adaları, Montserat adası və San Marinoda 2017-ci ildə bir yoluxma faktı belə qeydə alınmayıb.

Qeyd edək ki, xəstəliyin oyadıcısı "Mycobacterium tuberculosis" bakteriyasıdır. Bu virus bütün orqanları vura bilsə də, ilk növbədə ağciyərlərə “hücum edir”. Sağlam insanın immuniteti xəstəliklə mübarizə apara bilir. Ancaq bəzən xəstəlik çox ciddi fəsadlara səbəb olur.

Xəbər lenti
0