BAKI, 8 oktyabr — Sputnik. Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Jumaqulov vəfat edib.
Bu barədə Sputnik Qırğızıstan nazir müavini Aynurə Temirbekovaya istinadən məlumat verir. O bildirib ki, Jumaqulov bu gecə xəstəxanada uzun sürən onkoloji xəstəlikdən vəfat edib. Nazirin 59 yaşı var imiş.
Jumaqulov 2017-ci ildə nazir təyin olunub. Bunadək ölkənin bir sıra KİV-nə rəhbərlik edib.