Qalmaqal böyüyür: Niderland səfiri XİN-ə çağırıldı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN binası
Rusiya XİN binası - Sputnik Azərbaycan
Abunə olmaq
Haaqada başladılan dezinformasiya kampaniyası…

BAKI, 8 oktyabr — Sputnik. Niderlandın Rusiyadakı səfiri Rene Cons-Bos Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN-indəki mənbə "RİA Novosti"yə bildirib.

"Haaqada başladılan dezinformasiya kampaniyası ilə bağlı bazar ertəsi Niderlandın Rusiyadakı səfiri XİN-ə çağırılıb" — deyə mənbə qeyd edib. Amma görüşün detalları ilə bağlı heç bir məlumat yoxdur.

Sergey Lavorv - Sputnik Azərbaycan
Lavrov açıqladı: "Türkiyə ilə razılıq əldə olunub"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə rusiyalı mütəxəssislərin Niderlanda səfər etmələrində qeyri-adi heç nə olmadığını bildirib: “Bu, adi bir səfər olub. Onlar nə mehmanxanada, nə hava limanında, nə də səfirliyimizə gələndə gizlənməyiblər”.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarını tutanda onlara heç nə izah etməyiblər, səfirliklə əlaqə saxlamağa qoymayıblar və ölkədən çıxmağı xahiş ediblər: “Bu, anlaşılmazlıq kimi görünürdü. Bizim ünvanımıza heç bir ittiham yox idi”.

Amma sentyabrda holland mətbuatında bu adamların kibercasusluqla məşğul olduqları barədə informasiya yayılıb: “Biz dərhal Niderland səfirini dəvət etdik və izahat istədik. Amma bizə anlaşılan heç bir söz demədilər”.

Qeyd edək ki, oktyabrın 4-ü Niderland bu ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhd etdikləri iddia olunan dörd rusiyalını ölkədən çıxardıb. Niderlandlı məmurların sözlərinə görə, ölkədən çıxarılan Rusiya vətəndaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Məlumatda vurğulanır ki, onların diplomatik pasportları olub.

"BBC"-nin məlumatına görə, ruslar KSQT-nın məlumatlar bazasına daxil olmaq üçün içərisi casus aparatları ilə dolu olan avtomobili təşkilatın binası yaxınlığında saxlayaraq, kəşfiyyat işi aparıb.

Məsələ ilə bağlı Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya XİN-dən olan mənbə məsələyə münasibət bildirərək qeyd edib ki, heç bir sübutdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, Rusiya təşkilatın bütün strukturlarına üzvdür, onun bütün sənədlərə çıxışı var, ona görə də nəyəsə haker hücumu etməyə ehtiyac yoxdur: "Bu növbəti axmaqlıdır".

Xəbər lenti
0