İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.

Xəbər lenti
0