Paytaxtın bir hissəsində hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik"

BAKI, 8 oktyabr — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 8-9 oktyabr tarixlərində axşam saat 11:00-dan səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

Sputnik Azərbaycan bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Xəbər lenti
0