Qədim Azərbaycan tarixinin simvollarından, milli memarlığımızın unikal nümunələrindən biri də "Qız qalası"dır.
"Qız qalası" tarixi abidəsinin özəlliklərindən bir də Şərq dövlətlərinin heç birində tayı-bərabərinin olmamasıdır.
1964-cü ildən etibarən bu qala muzeyə çevrilib və indiyədək onun qapıları bütün ziyarətçilərin üzünə açıqdır. 2000-ci ildə "Qız qalası" YUNESKO-nun (UNESCO) "Ümumdünya irsi” siyahısına salınıb.
Bu qala barədə daha ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz!