CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropolitenində baş verən olaya aydınlıq gətirildi

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
“Qatar texniki sınaqda olduğu üçün sərnişinlər ona minə bilməyib”

BAKI, 8 oktyabr — Sputnik. Bu gün Bakı Metropolitenində qatarda texniki nasazlıq baş verib. Hadisə “Elmlər Akademiyası” metro stansiyasında baş verib və maşinist sərnişinləri stansiyada qatardan endirib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Maşinist texniki nasazlıq səbəbindən sərnişinləri “Elmlər Akademiyası”nda düşürüb. Sadəcə, “20 yanvar”da dalbadal iki qatar dayanmayıb, sərnişinlər də bundan narahat olublar. Bir daha bildirirəm ki, ilk qatarda nasazlıq yaranıb, ondan sonra gələn qatar texniki sınaqda olub. Buna görə də, sərnişinlər həmin qatarlara minə bilməyib. Hal-hazırda hər şey yaxşıdır və Bakı Metropoliteni tam qrafiklə işinə davam edir”.

Xəbər lenti
0