FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Məhsul bol, satmağa bazar isə yox

Abunə olmaq
"Belə gedərsə, 1-2 ilə hamı əziyyətlə becərdiyi üzüm sahələrini doğrayacaq"

İlham Mustafa, Sputnik Azərbaycan

Üzümçülük ölkəmizdə sürətlə inkişaf edən təsərrüfat sahəsidir. Hazırda respublikanın 40-dan çox rayonunda üzüm becərilir ki, onlardan ən geniş sahələr Tovuz rayonunun payına düşür. Rəsmi mənbələrə görə, rayonda 725 ha üzüm bağı mövcuddur və bu rəqəm ildən-ilə artır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri üzüm yığımının qızğın dövründə Tovuzdakı üzüm sahələrində olub. Üzümçülüyün hazırkı vəziyyəti mövcud vəziyyəti, həmçinin üzümçülərin problemləri ilə maraqlanıb. Məhsuldarlığın bol olduğunu deyən təsərrüfat sahibləri, orta hesabla, 1 ha-dan 25-30 tona yaxın məhsul götürdüklərini deyiblər. Onlar bu sahəni gəlirli etmək üçün dövlətin üzümçülüyə daha çox diqqət ayırmasını arzulayırlar.

Fermer Seymur Cəfərov 10 ha sahədə xarici üzüm sortları becərdiyini, gələn il üçün daha bir neçə ha ərazidə üzüm bağı salmağı planlaşdırdığını dedi: "İldən-ilə üzüm sahələrini artırmağa çalışırıq. Hər il Tovuzda əlavə 70-80 ton üzüm bağı salınır. Bütün fermerlər məhsuldarlığına, xəstəliyə davamlığına görə xarici məhsullara üstünlük verir. Hazırda Fransadan daha iki üzüm sortu gətirərək yeni sahələr salmağı düşünürük. İstəyimiz odur ki, dövlət tərəfindən bizə müəyyən köməkliklər olunsun, kreditlər ayrılsın ki, biz də kənd təsərrüfatının inkişafına öz dəstəyimizi verə bilək, yeni iş yerləri yaradaq".

Fermer Kamil Hüseynov isə məhsul bol olsa da qiymətin ucuz olduğundan, məhsullarını xarici bazarlara çıxara bilmədiklərindən gileyləndi: "Hazırda qiymət 55-80 qəpik aralığındadır. Qiymətin ucuzluğuna baxmayaraq, alıcı azdı. Ölkəmizdə yetişdirilən üzümlərin hamısını ölkə əhalisi ala bilməz. Ona görə məcburuq, məhsulumuzu soyuduculara yığaq və az-az satışa çıxaraq. Havalar soyuduqca qiymət nisbətən baha olur".

"Ən böyük problemimiz məhsulu xaricə çıxara bilməməyimizlə bağlıdır. Ötən il məhsulumuzu alıb Rusiya bazarlarına aparırdılar. Bu il isə nəqliyyat və gömrük xərcləri çox olduğuna görə həmin şəxslər xaricə mal apara bilmir" – deyə K.Hüseynov əlavə etdi.

Fermerlərin üzləşdikləri bu problemin həlli yollarını araşdırmaq qərarına gəldik. Bu məqsədlə də Tovuzda üzümçülük təsərrüfatı ilə məşğul olan və öz məhsulunu əvvəllər Rusiya bazarlarına çıxarmış Aydın Sadıqova müraciət etdik. O, yerli məhsulun xarici bazarlara çıxa bilməməsinin səbəblərinə aydınlıq gətirdi.

A.Sadıqov bildirdi ki, problem ilk növbədə gömrükdəki müəyyən maneələrlə bağlıdır: "Xarici bazarlardan məhsulumuz yalnız Rusiyaya gedirdi, lakin baha başa gəldiyindən daha aparmırıq. Təsəvvür edin, 20 tonluq 1 yük maşınının gömrükdən keçirmək üçün 4800-5200 dollar pul ödəyirik. Bir maşın üzümün Moskvaya aparılması üçün isə 3300 dollar nəqliyyat xərci çəkirik. Artıq üzüm bazarlara çıxanda məcburuq, hər kiloqramını 100 rubldan sataq ki, xərclərimizi ödəyə bilək. Belə olanda da digər ölkələrdən gətirilən üzümlə rəqabət apar bilmirik".

"Rusiyaya üzüm əsas Moldovadan gəlir ki, onlarla söhbətdə gömrükdə yalnız 1500 dollar ödədiklərini deyirlər. Biz üzümü, ən azı, 80 rubla satmalı oluruq ki, heç olmasa müflis olmayaq, onlarsa 60 rubla qoyur və asanlıqla da satırlar. Bir neçə nəfər mal aparıb müflis oldu, ona görə daha heç kim xaricə üzüm aparmaq istəmir" – deyə o əlavə etdi.

A.Sadıqov rayonda üzüm becərənlərin əksəriyyətinin dərman satanlara borclu olduqlarını, ona görə də məhsulu dəyər-dəyməzinə satıb borclarını ödəməyə çalışdıqlarını bildirdi: "Üzüm becərmək heç də asan deyil. Bir dəfə dərman vuranda, 500 manat xərc aparır. İl uzunu nisyə dərman alırıq ki, məhsul yetişib satanda borcumuzu ödəyək. Belə ucuzluq olanda isə becərdiyimizi dərmana verib, birtəhər borcdan qurtarırıq".

A.Sadıqov vurğulayıb ki, xaricə mal çıxarılmasındakı süni əngəllər aradan qaldırılmazsa, yaxın illərdə sahibkarlar üzüm sahələrini doğrayacaq, daha heç kim bu məhsulu becərmək istəməyəcək.

© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
1/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
2/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
3/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
4/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
5/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
6/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
7/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
8/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Irade JELILTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
9/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
10/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
11/12
Tovuz rayonunda üzüm dərimi
© Sputnik / Ilham MustafayevTovuz rayonunda üzüm dərimi
Tovuz rayonunda üzüm dərimi - Sputnik Azərbaycan
12/12
Tovuz rayonunda üzüm dərimi
Xəbər lenti
0