Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sel nəticəsində tarixi körpü uçdu, 8 nəfər öldü

© REUTERS / Issei KatoSel
Sel - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir

BAKI, 7 oktyabr — Sputnik. İranda 3 gündür yağan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 8 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, daşqınlar daha çox ölkənin şimalındakı Mazandaran, Gilan, Gülüstan, İsfahan, Yezd və Şimali Xorosan əyalətlərində fəsadlara səbəb olub.

Daşqınlar zamanı çox sayda yaşayış məntəqəsi su altında qalıb. Nuşehr şəhərindəki tarixi “Maşlek” körpüsü uçub.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbər lenti
0