BAKI, 7 oktyabr — Sputnik. Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti — Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Məlumata görə, eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub: "Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir".
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, metereoloji amilləri nəzərə alsınlar.