CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sinoptik: “Bölgələrimizdə temperatur aşağı düşəcək”

© Sputnik / Irade JELILGülşad Məmmədova
Gülşad Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək

Sinoptik: “Bölgələrimizdə tempratur aşağı düşəcək”
“Oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

“Oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Bölgələrimizdə də oktyabrın 5-i gün ərzində, 6-sı isə səhər saatlarınadək qeyri-sabit hava şəraiti hökm sürəcək. Bölgələrdə də tempraturun aşağı düşməsi gözlənilir. Oktyabrın 7-sindən hava şəraitinin sabitləşəcəyi və gün ərzində yağmursuz keçəcəyi gözlənilir” — deyə  Gülşad Məmmədova bildirib.

Gülşad Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0