Məhəmməd adı bu Avropa ölkəsində birinci oldu

CC0 / fancycrave1 / Baby & Mother Ana və yeni doğulmuş körpə
Ana və yeni doğulmuş körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd adı Brüsseldə ən populyar addır

BAKI, 6 oktyabr — Sputnik. Məhəmməd adı 2017-ci ildə Belçikada yeni doğulan körpələrə qoyulan ən populyar ad olub. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Belçika Statistika İnstitutunun məlumatına görə, 2017-ci ildə 718 yeni doğulan körpəyə Məhəmməd adı verilib. Reytinqdə olan ikinci populyar adı isə Liam (570) olub.

Statistik məlumatlara əsasən Məhəmməd adı Brüsseldə ən populyar addır. Belçika paytaxtında bu adda 18044 nəfər yaşayır.

Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına əsasən Məhəmməd adı sentyabr ayında Böyük Britaniyada doğulan körpələrə qoyulan adlar siyahısında ilk 10-luğa daxil olub.

Xəbər lenti
0