İyirmi altı il öncə itkin düşən alpinist tapılıb

© CNN TürkHasan Tarım
Hasan Tarım - Sputnik Azərbaycan
Abunə olmaq
Qohumları onu boyunbağısından tanıyıblar

BAKI, 6 oktyabr — Sputnik. 1992-ci ildə 21 yaş olan zaman itkin düşən türkiyəli Həsən Tarım adlı alpinistin cəsədi tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həsən Tarım alman dostu ilə Fransada Alp dağlarına dırmanıbmış. Alpinistlər qar uçqunu altında qalaraq, itkin düşüblər.

© CNN TürkHasan Tarım
Hasan Tarım - Sputnik Azərbaycan
Hasan Tarım

Bir neçə gün öncə alpinistlə əriyən buzların altından Hasan Tarımın cəsədini aşkarlayıblar. Ailəsi 26 il öncə itkin düşən alpinisti boyunbağısından tanıyıb. Artıq dəfn üçün hazırlıqlar başlayıb.

Həsənin qohumu mətbuata açıqlama verərək deyib ki, cəsəd buzun altında qaldığı üçün çox da çürüməyib: “Xəbəri alan kimi qardaşım Yusif Almaniyaya gedib. Həsənin boyunbağısından tanıyıb. Vətənə gətirib yurdunda dəfn edəcəyik”.

Xəbər lenti
0