Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr — Sputnik Azərbaycan. Azərbaycanın şimal bölgəsinə qar yağıb.
Qar gecə saatlarında yağmağa başlayıb. Qubanın Xınalıq və Dalqaya kəndlərinə düşən qar hazırda əriməyə başlayıb.
Bu barədə məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə Xınalıq kənd sakinləri veriblər.
Kənd sakini Yusif Şabanovun verdiyi məlumata görə, Xınalığa 2-3, Dalqayaya isə 1-2 sm qar yağıb və bu heç də onları təccübləndirməyib.
Qeyd edək ki, son 2 gündə bölgədə hava qeyri-sabit keçir, temperatur aşağı düşüb. Buna görə də sakinlər hər an qar yağacağını gözlədiklərini söyləyiblər.