CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda aptekə hücum oldu, quldur kameralara düşdü

© Sputnik / Murad OrujovMüşahidə kamerası, arxiv şəkli
Müşahidə kamerası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda aptekin kassa aparatını soyan şəxs müşahidə kamerasına düşüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Bakıda naməlum şəxs aptekin kassasını "təmizləyib". Aptekə növbəti quldur basqını Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, ötən gecə naməlum kişi Qara Qarayev prospektindəki 107 saylı binada yerləşən aptekə daxil olub. Quldur ticarət obyektinin işçisi, 1986-cı il təvəllüdlü Qurbanov Mahir Hüseyn oğluna bıçaqla hücum edib.

Bankomat, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yasamalsayağı soyğun: Bakıdakı tarixə düşəcək oğurluğun detalları

Soyğunçu Qurbanovu hədələyib ki, əgər kassadakı pulların hamısını ona verməsə, onu doğrayacaq. Lakin quldurun ovu elə də böyük olmayıb. Ona cəmi 180 manat pul çatıb. Cinayətkar pulu götürərək aradan çıxıb. Hazırda Nizami RPİ-nin 24-cü polis bölməsinin əməkdaşları şübhəli şəxslə bağlı araşdırma aparır.

Sadəcə o məlumdur ki, şübhəli şəxs prospektdə quraşdırılmış müşahidə kameralarına düşüb. Bu, cinayətkarın qısa müddətdə müəyyən edilməsinə yardım edəcək.

Xəbər lenti
0