Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Öz-özünə yığılan Rubik kubu

Abunə olmaq
Bir çoxumuz ömrümüz boyu Rubik kubunu həll edə bilməmişik. İnternetdə kubun həll alqoritmləri dəfələrlə açıqlansa də, yenə də bunun öhdəsindən gəlmək hər igidin hünəri deyil.

Video çarxda gördüyünüz kub isə yaponiyalı ixtiraçı tərəfindən yaradılıb. İllərdir öz layihəsi üzərində çalışan yaponiyalı axır ki, kubun orijinal ölçülərinə nail ola bilib.

Təəssüflər olsun ki, ixtiraçı prosesi təfsilatları ilə izah etməyib. Hətta yapon dilində olan saytında da məlumat qıtdır, amma video hər şeyi aydın göstərir. Videodan aydın olur ki, qarışdırıldığını hiss edən kub dərhal özü özünü həll etməyə çalışır.

Qeyd edək ki, ilk kub 1974-cü ildə Macarıstanlı heykəltəraş Erno Rubik tərəfindən hazırlanıb. Yaradılmasından 40 ildən çox keçməsinə baxmayaraq, bu "uşaq oyuncağı" hələ də öz məşhurluğunu itirməyib. Hətta Rubik kubunun yığılması üzrə Dünya Çempionatları belə mövcuddur.

 

Xəbər lenti
0