Şəhərin faciəsi: Bir anda 150 min əhalisi məhv olan Aşqabad

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidГорода Ашхабад, фото из архива
Города Ашхабад, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şahidləri zəlzələ nəticəsində ölənlərin 150-160 min nəfər olduğunu bildirirdilər

BAKI, 6 oktyabr — Sputnik. 1948-ci il oktyabrın 6-da Aşqabadda 9-10 bal gücündə zəlzələ baş verib.

İlk təkanlardaca şəhərdəki bütün tikililərin 90-98 faizi dağılıb. Zəlzələ ərəfəsində Aşqabadda 200 min nəfərə yaxın adam yaşayırmış. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 60-110 min nəfər həlak olub. Amma hadisə şahidləri zəlzələ nəticəsində ölənlərin 150-160 min nəfər olduğunu bildirirdilər. 6 oktyabr Türkmənistanda Anım günü kimi qeyd olunur.

Qeyd edək ki, Aşqabad dünyanın ən qədim şəhərlərindəndir. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Müasir Aşqabad şəhəri rus hərbi qoşunları tərəfindən 1881-ci ildə İran sərhədində köhnə Aşqabadın 15-20 kilometrliyində salınıb.

Xəbər lenti
0