ELM

Qonşuda Azərbaycan fəryadı: Təcili hərəkətə keçmək lazımdır

© REUTERS / Joshua RobertsMüzakirə
Müzakirə - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər qarşısı alınmasa, problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Rəsmi rəqəmlərə görə, bu gün Gürcüstanda 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə, yarım milyona yaxın azərbaycanlı yaşayır. Təəssüflər olsun ki, bu qədər azərbaycanlının yaşadığı ölkədə onların təhsil alması üçün məktəblərin sayı çox azdır. Həmçinin, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur.

© Sputnik / Murad OrujovKamran Əsədov
Kamran Əsədov  - Sputnik Azərbaycan
Kamran Əsədov

Rəqəmlərə nəzər salsaq, görərik ki, 2017-2018-ci tədris ilinin sonunda Gürcüstanda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15150 nəfər təşkil edib. Sovet dövründə isə Gürcüstanda 183 Azərbaycan dilli məktəb olub. 1999-cu il statistikasına görə, Azərbaycan dilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə belə məktəblərin sayı 80-dir.

Sputnik Azərbaycan soydaşlarımıızn qarşılaşdığı bu ciddi problemlə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib. O bildirib ki, Gürcüstandakı azərbaycanlılar Azərbaycanda da ali təhsil ala bilmirlər: "Azərbaycan təhsil müəssisələrində borçalılıların qəbul ola bilməməsinin bir səbəbi fərqli tədris proqramıdır. Əsas səbəb isə Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir".

"Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkədə universitetlərə qəbul imtahanı verməyərək, müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər" – deyə ekspert vurğulayıb.

Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş mətbuat konfransı - Sputnik Azərbaycan
Qonşu ölkədə Azərbaycan dilli məktəblər məhv olur

K.Əsədov hesab edir ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq: "Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadrlar meydana çıxmır. Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək, ən yüksək bal yığsalar belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmur".

Müsahibimiz onu da qeyd edib ki, Gürcüstandakı Azərbaycan dilli məktəblərdə kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan Pedaqoji Universitetinin əsasının qoyulmasına nail olmaqdır: "Bu isə yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər. Təklif olunan variantlardan biri də Gürcüstanda hansısa bir universitetin nəzdində bir bölüm və ya departamentin yaradılmasıdır. Ancaq bu, effektiv nəticə verməyəcək".

"Digər təklif olunan variantlardan biri tələbələrin Qazax və ya Bakıda təhsil alıb Gürcüstana qayıtmasıdır, hansı ki, bu da lazımı nəticəni verməyəcək. Çünki, həmin tələbələr 4-6 il Gürcüstandan uzaqda olmaqla, gürcü dilində bildiklərini də unudacaqlar. Gürcüstanda əsası qoyulmuş Azərbaycan Pedaqoji Universitetində isə tələbələr 4 il ərzində ixtisas fənləri Azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər" – ekspert deyib.

Əsədovun qənaətincə, tələbələri Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan müəllimləri Gürcüstana dərs deməyə dəvət etmək daha məqsədəuyğun olardı.

Ekspert sonda bir daha bildirib ki, Gürcüstanda Azərbaycan dili ölmək üzrədir: "Kadr çatışmazlığı ilə əlaqədar bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyəcan təbili çalmaq və hərəkətə keçmək mütləqdir".

Xəbər lenti
0