CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaydalar dəyişir, sərt cəzalar gəlir

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə cəzalar sərtləşdirilir

BAKI, 5 oktyabr – Sputnik. Azərbaycanda yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə yeni cəzalar tətbiq ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə baxılıb.

Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
TƏHLİL
Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"

Cinayət Məcəlləsinin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin məbləğinin aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası da əlavə edilir.

Həmin maddəyə əlavə edilən 255.2-ci bəndə görə, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib.

Məcəllənin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsinin 0.9-cu bəndinə əsasən, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1200 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dəyişikliyə əsasən, fiziki şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0