Bu gün banklar və kreditlər məsələsinə baxılacaq

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin plenar iclasının gündəliyində 17 məsələ var

BAKI, 5 oktyabr — Sputnik. Hazırda Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində 17 məsələ var.

Vergi, Gömrük, Mülki, Cinayət, İnzibati Xətalar məcəllələrində, "Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarda dəyişikliklərə birinci oxunuşda baxılacaq.

Xəbər lenti
0