Keçmiş prezident azadlıqdan məhrum edildi

Abunə olmaq
O, həbs edilməklə yanaşı, 11,5 milyon dollar cərimə də ödəməlidir

BAKI, 5 oktyabr — Sputnik. Cənubi Koreya məhkəməsi ölkənin keçmiş prezidentini korrupsiya ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreyanın sabiq prezidenti Li Men Baka azadlıqdan məhrum edilməklə yanaşı, 13 milyard von (11,5 milyon dollar) cərimə də ödəməlidir.

Daha əvvəl prokurorluq keçmiş prezidentin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirdi. Keçmiş ölkə başçısı ittiham edildiyi 16 maddədən 7-də günahkar hesab edilib.

Qeyd edək ki, Li Men Baka 2008-2013-cü illərdə Cənubi Koreyanın prezidenti olub.

Xəbər lenti
0