CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəfn qaydaları dəyişir, 3 əmələ görə cərimə tətbiq olunacaq

© Sputnik / Ilham MustafayevYevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
İcazə verilməyən ərazilərdə dəfnlər həyata keçirənlər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər

BAKI, 5 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə yeni — 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni yaş məhdudiyyəti tətbiq ediləcək

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Xəbər lenti
0