ABŞ PKK-nı qınadı, Türkiyə şoka düşdü

© AFP 2024 / ADEM ALTANABŞ-ın Ankaradakı səfirliyi
ABŞ-ın Ankaradakı səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Ankara səfirliyi bu gün Türkiyənin Batman vilayətində baş verən terror aktı ilə bağlı başsağlığı verib

BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın Ankara səfirliyi Türkiyənin Batman vilayətində baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, səfirlik 7 türkiyəli hərbçinin həlak olduğu terror hücumu ilə bağlı "Twitter" hesabından başsağlığı mesajını paylaşıb.

Ankara - Sputnik Azərbaycan
Türk mentaliteti: Ankara ABŞ-la barışsa, ictimaiyyət bunu başa düşməyəcək

Səfirliyin açıqlamasında deyilir: "Batmanda bu gün meydana gələn amansız hücumu pisləyirik və həlak olanların yaxınlarına ən dərin hüznlə başsağlığı veririk. PKK terrorçuları hücumlarına son verməlidir. Terrorla mübarizədə müttəfiqimiz Türkiyənin yanındayıq".

Bu başsağlığı Türkiyə qəzetləri tərəfindən birmənalı qarşılanmayıb. Media orqanlarının çoxu son vaxtlar PKK-ya açıq dəstək nümayiş etdirən ABŞ-ın bu addımını şok olaraq dəyərləndirib.

Qeyd edək ki, Türkiyənin Batman vilayətində törədilən partlayış nəticəsində 7 hərbçi ölüb. Olay yerində 2 hərbçi həlak olub. Terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri xəstəxanada dünyasını dəyişib. İki yaralı əsgərin isə müalicəsi davam edir.

PKK terrorçuları zirehli hərbi avtomobilin keçidi zamanı əvvəlcədən yola bərkidilmiş əldəqayırma bombanı partladıblar.

Xəbər lenti
0