Türkiyədə güclü terror aktı törədilib, ölənlər və yaralananlar var

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrin bölgəsində
Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanaya aparılan yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib

BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Batman vilayətində törədilən partlayış nəticəsində 4 hərbçi həlak olub, 5-i isə yaralanıb. Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, PKK-lı terrorçular zirehli hərbi avtomobilin keçidi zamanı əvvəlcədən yola bərkidilmiş əldəqayırma bombanı partladıb.

Xəstəxanaya aparılan yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Qaçan terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə hava dəstəkli geniş miqyaslı əməliyyatlar davam edir.

Xəbər lenti
0