BAKI, 4 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara qədər azalıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə o, ABŞ-ın 400 varlısı siyahısında 138 pillə enib.
Bu barədə Forbes jurnalının məqaləsində qeyd edilib. Nəşrin məlumatına görə, 2015-ci ildə Trampın sərvəti 4,5 milyard olub.
Bu müddət ərzində o, 1 milyardan çox pul itirib. Məlumata görə, varlıların tam siyahısı Forbes-in yeni nömrəsində işıq üzü görəcək.
Qeyd edək ki, 2017-ci ilin reytinqinə görə, Tramp 248-ci yerdə qərarlaşmışdı.