Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər sərnişinləri daşımaqdan imtina edəcəklər - Xəbərdarlıq

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus, фото из архива
Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
"Salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik"

BAKI, 4 oktyabr — Sputnik. Əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sürücü sərnişini daşımaqdan imtina edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) "Facebook" səhifəsində qeyd olunub.

Bildirilib ki, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin, həmçinin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, sürücünün sərnişinləri daşımaqdan imtina etmək hüququ var.

"Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik" — deyə DANX bəyan edilib.

Xəbər lenti
0