Dəhşətli qətlin təfərrüatı: Gənc oğlanın başını sobada bişirib yedilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada təcili yardım və polis
Rusiyada təcili yardım və polis - Sputnik Azərbaycan
Abunə olmaq
Evdə axtarış aparan polislər onun kəlləsini sobadan tapıblar

BAKI, 4 oktyabr — Sputnik. Rusiyada baş verən qətl hadisəsi hər kəsi şoka salıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşında olan Aleksandr Popoviçin cəsədi Sankt-Peterburq şəhərindən 100 kilometr aralıda Novinka kəndində olan evində tapılıb.

Popoviç evini 22 yaşlı oğlana kirayə verib. O isə öz növbəsində evdə 12 yaşlı qızla birgə qalırmış. Onlar evi yandırmaq istəyərkən kənd sakinləri tərəfindən zərəsizləşdiriliblər.

Evdə axtarış aparan polis Popoviçin kəlləsini sobada sobadan tapıb. Meyitin qolları kəsilib, iç orqanları çıxarılıbmış. Bədəninin bəzi əzaları səliqə ilə kəsilərək tavaya yığılıbmış.

Cütlük evdə yeyəcək heç nə olmadığını deyərək, evi onlara kirayə verən Aleksandr Popoviçi balta ilə öldürüb yediklərini etiraf edib. Onlar hətta ev yiyəsinin beynini bişirərək yediklərini də deyiblər.

Qeyd edək ki, 12 yaşlı qız qatil oğlan ilə sosial şəbəkədə tanış olub və ona qoşularaq evdən qaçıb.

Xəbər lenti
0