BAKI, 4 oktyabr — Sputnik. "Facebook" 25 sentyabr 2018-ci ildə böyük haker hücumuna məruz qalıb. Nəticədə 50 milyon istifadəçinin "Facebook" hesabları oğurlanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hesablar 3-12 dollara satışa çıxarılıb. Hesablar bitcoin və bitcoin-cash vasitəsi ilə satılır. Bu hesabların hamısı satılarsa, hakerlər 600 milyon dollaradək gəlir əldə edəcəklər.
"Facebook"a kimlər tərəfindən hücum edilməsi ilə bağlı məlumat verməyib.