CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının göz önündə, amma görmədiyimiz böyük bir dərdi varmış...

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə qədər sürücü tanıyıram ki, damara iynə vurub, sükan arxasına oturur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Şakir Əliyev yolda, Yusif Dadaşzadə isə xəstəxanada dünyasını dəyişib.

В Баку пассажирский автобус столкнулся с поездом - Sputnik Azərbaycan
Bakıda sərnişin avtobusu qatarla toqquşub, ölən və yaralılar var

Baş vermiş qəza şəhər əhalisinin ciddi narahatlığına səbəb olub. Nəzərə alaq ki, paytaxt ərazisində mütəmadi olaraq irili-xırdalı avtobus qəzaları baş verir. Daha əvvəl də Lökbatan qəsəbəsi ərazisində eynən buna oxşar hadisə yaşanmışdı.

Sputnik Azərbaycan gündəmi nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri arasında avtobus sürücüləri ilə bağlı sorğu keçirib. Onlara "İstifadə etdiyiniz avtobusların sürücülərindən razısınız?" sualı ünvanlanıb. Soğrumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:

Murad Əhməd: "Mədəni olanlar "Baku Bus"-ın sürücüləridir. Onlar da əyləclə normal davrana bilmirlər. Dayanacağa az qalmış sürəti artırıb, dayanacaqda elə tormoz verirlər ki, ayaq üstə dayanmaq mümkün olmur. Hələ yanında uşaq varsa, məcbur olub qapılar açılana kimi yerində oturub gözləməli olursan ki, ayağa dursan, yıxılacaqsan. Sonra da gedib qapıya çatana kimi qapı bağlanır, bu dəfə də hay-küy salıb qapının açılmasını gözləyirsən".

Nigar Cəfər: "Əvvəllər hər gün 40 nömrəli avtobusdan istifadə edirdim. Təbii ki, narazıyam. Sırf ona minməmək üçün nə qədər yorğun olsam da, metrodan evə qədər piyada gəlirəm. Sürücülər çox vaxt yanında özü ağılda bir dostunu gəzdirir, səviyyəsiz söhbətləri ilə bezdirirlər, avtobusda söyüşün biri bir qəpikdən olur. Sürücülər avtobusu normal idarə etmir, dayanacaqdan başqa hər yerdə saxlayırlar".

Qəzaya uğramış avtobus - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda dalbadal üçüncü avtobus qəzası baş verdi

Rumiyyə Miraslan: "Dünən axşam işdən evə gedirdim, 49 nömrəli avtobusun sürücüsü yerdəki digər sürücüylə danışırdı. Deyirdi ki, "Xalqlar"a girmədim, mufta işləmir, gah tutur, gah tutmur". Məcbur qalıb söhbətlərinə müdaxilə etməli oldum: "Niyə nasaz maşınla yola çıxırsız, insanların həyatını təhlükəyə atırsız?" Sürücü dərhal özünümüdafiəyə keçdi. Ancaq sözlərinin 99 faizi həqiqət idi deyə, susmalı oldum: "Mən 30 ilin sürücüsüyəm. İndiyə kimi bir qəza törətməmişəm. Gücünüz çatırsa, avtobusları işlədən şəxslərə etiraz edin, hər yoldan keçəni işə götürüb, avtobus verirlər, heç soruşmurlar ki, sürücülük vəsiqələri var, yoxsa yox. Nə qədər sürücü tanıyıram ki, damara iynə vurub, sükan arxasına oturur. Avtobus sahiblərini belə şeylər maraqlandırmır, onlar ancaq axşam planın artıqlaması ilə dolmasını düşünürlər. Tıxaca düşürük, zəng vurub qışqırırlar ki, "harda qalmısan, tez gəl", biz də məcbur olub sürəti artırırıq. Cəsarətiniz varsa, onlara etiraz edin. Eşşəyə gücünüz çatmır, palanı çırpırsız". Onu da qeyd edim ki, son vaxtlar 32 ilə 49-un sürücüləri arasında "yarış" gedir, nəticədə insanların həyatı təhlükəyə atılır. Səlahiyyətlilərdən bu məsələni nəzarətə götürmələrini xahiş edirəm".

İlkin Nəcəfzadə: "Baku Bus"-a məxsus avtobuslarda sürücülərin nəqliyyatı idarə etmələri çox zəifdir. Çox vaxt əyləcin basılma anını tuta bilmirlər. Bu zaman da sərnişinlərin çoxu yıxılır. Bu, dəfələrlə baş verib. Xüsusən də 2, 13, 14 nömrəli avtobuslarda. 2 və 61 saylı avtobusların intervallarının çox olması (20 dəqiqədən bir gəlirlər, basabas olur avtobus) sürücülərlə sərnişin arasında mübahisələrin yaranmasına gətirib çıxarır".

Savalan Talıblı: "Demək olar, Bakı şəhərində bütün xətlərdə problemlər var. "Baku Bus"a məxsus olan avtobuslarda da yay vaxtı kondisioner problemi və sərnişinlərin minməsi vaxtı qabaq qapının ancaq bir tayının açılması problemi yaşanır. Bunlardan sərnişinlər əziyyət çəkirdi. O gün Binə qəsəbəsində baş verən qəzaya səbəb olan 160 saylı avtobusların sürücüləri isə hər gün sərnişinlərə o həyəcanı yaşadırlar. 35, 57, 40, 11 193 saylı avtobuslar isə bərbad vəziyyətdədir. Yüksək sürət və sərnişin narazılığı. Bizim deməyimizlə heç nə dəyişmir. Məsələ kökündən həll olunmalıdır".

133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Sərnişin daşımalarına dair qaydalar dəyişdi

Dilarə Zamanova: "Avtobus sürücülərindən çox narazıyam. Avtobusu sürə-sürə telefonla danışırlar. Dünən mən 49 saylı avtobusun sürücüsünə iradımı bildirmişəm ki, avtobusu idarə edərkən telefon ilə danışmasın. Telefonda başqa sürücünün tez getməsi məsələləri müzakirə olunur. Bu sürücülərə avtobuslar həvalə olunduqda, heç olmasa, deyirlər ki, "ailə problemlərinizi sükan arxasında müzakirə etməyin?" Hərdən baxırsan, yol düz asfaltdır, amma avtobusu elə narahat sürürlər ki, düşünürsən, bu qədər düz yolda bunu necə etmək olar. Kimin işi yoxdur, gedib sürücü olur. Bu, nə vaxta qədər davam edəcək? Avtobusdan sərnişinlərin düşməsinə az vaxt ayırırlar. Fikirləri yalnız insanlara keyfiyyətsiz xidmət göstərməklə çox pul qazanmaqdır".

Elvin Bayramli: "Koroğlu" metrosu-Buzovna arasında işləyən 107 nömrəli marşrut xəttindən çox narazıyam. Sürücülər avtobusda siqaret çəkir, qrafiki pozurlar. Bəzən 30 dəqiqədən, bəzən 5 dəqiqədən bir gəlirlər. Əks istiqamətdə hərəkət edən iki 107 sürücüsü yolda dayanıb rahatca söhbət edir. Konduktorlarla, tanışları ilə küçə söhbəti, yersiz zarafatlar edirlər, özbaşına davranırlar. Vətəndaş etiraz edəndə deyirlər ki, "düş marşrutdan, minmə". Səhər saatlarında məktəblilər məcburən qapıdan asılı vəziyyətdə gedirlər. Çünki xətdə az marşrut olur, şagirdləri daşımağa çatmır. Bunu nəzərə almaq lazımdır. Normal insani davranışlardan uzaq tiplər var. Hətta qadına "az" deyə müraciət edən sürücülər də var. Axşamlar qanunsuz olaraq xətdən çıxıb öz işlərinin dalınca gedirlər və sərnişinlər axşam saatlarında avtobus tapa bilmirlər".

© KarikaturaAvtobus və siqaret
Avtobus və siqaret - Sputnik Azərbaycan
Avtobus və siqaret

Vasif Əlihüseyn: "Kürdəxanı qəsəbəsində yaşayıram. Qəsəbəmizdə 173 və 185 saylı avtobuslar işləyir. Hər ikisi köhnə avtobuslardır və dəfələrlə sərnişinlər yolda qalıb. Aralarındakı interval anlaşmasına görə qəsəbədən şəhərə bir saata gəlib çıxırıq. Hər iki avtobus özəl adamların əlindədir. Ona görə də məcbur olub şəhərə taksiylə gedib-gəlirik. Buna görə hər ay yola 100 manat pul xərcləyirəm".

Faiq Mahmudov: "Avtobus sürücülərinin (bəzi və ya əksər) tərbiyəsizliyi, siqaret çəkməsi və vaxt üstündə yarışa çıxması ucbatından hər gün 5 manatlıq benzin xərcləyib, avtobus gedən yolu maşınla gedirəm".

Xəbər lenti
0