BAKI, 4 oktyabr — Sputnik. Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.
"Report"un məlumatına görə, 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar küçədə gedərkən bir neçə nəfərin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən F.Bahdiyarın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Ağstafa rayonunda qonaq olduğunu bildirən F.Bahdiyar bundan öncə də həmin şəxslərin hücumuna məruz qaldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.