Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Adı böyük qalmaqallarda hallanan məmur işdən çıxarıldı

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qızına dəbdəbəli toy etməsindən sonra onun barəsində xeyli sayda xəbərlər yayılmışdı

BAKI, 4 oktyabr — Sputnik. Adı bir sıra qalmaqallarda hallanan məmur — Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.

© Photo : AzturkfmQüdrət Şükürov
Qüdrət Şükürov - Sputnik Azərbaycan
Qüdrət Şükürov

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun vəzifədən uzaqlaşdırılmasına dair BŞİH başçısının birinci müavini Eldar Əzizov əmr imzalayıb. Hələlik Q.Şükürovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Qüdrət Şükürovun adı bir sıra qalmaqallı hadisələrdən sonra mətbuatın gündəminə gəlmişdi. Xüsusilə qızına dəbdəbəli toy etməsindən sonra onun barəsində xeyli sayda xəbərlər yayılmışdı.

Son günlər ərzində "Lifttəmir" İstehsalat Birliyində yoxlamalar aparılır.

Xəbər lenti
0