CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarla bağlı sərt qadağa gəlir

© Photo : "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İB"İmzalı görüş" layihəsi
İmzalı görüş layihəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Çap məhsulunun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək

BAKI, 3 oktyabr — Sputnik. Məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilməyəcək. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol veriləcək.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni qanun layihəsi hazırlanır

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin 12-ci maddəsində əksini tapıb. Qanun layihəsinin 12-ci maddəsi Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər adlanır.

Həmin maddədə deyilir ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Xəbər lenti
0