Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus-qatar toqquşmasının yeni video-görüntüsü yayıldı

© TRENDСитуация на месте столкновения пассажирского автобуса с поездом в поселке Бина Хазарского района. 1 октября 2018 года
Ситуация на месте столкновения пассажирского автобуса с поездом в поселке Бина Хазарского района. 1 октября 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" QSC: Bizi günahlandırmağa çalışırlar

BAKI, 3 oktyabr — Sputnik. "Xəzər rayonunun Binə qəsəbəsində "Daewoo" markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur".

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlama verib. "Hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar" — deyə bildirib.

S.Qədirova, bunlara cavab olaraq, redaksiyamıza hadisəyə dair video-görüntü də təqdim edib.

Xatırladaq ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Şakir Əliyev yolda, Yusif Dadaşzadə isə xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0