Bahar Muradova Parlamentin göndərdiyi sənədlərlə bağlı danışdı

© Photo : APABahar Muradova, Milli Məclis sədrinin müavini
Bahar Muradova, Milli Məclis sədrinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
"Sənədlərin bir çoxunu aidiyyatı üzrə baxılması üçün təşkilatlara göndəririk"

BAKI, 3 oktyabr-Sputnik. Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, parlament sədrinin müavini, komitə sədri Bahar Muradova ilk olaraq ötən sessiyada komitə tərəfindən görülən işlərdən danışıb. 

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Milli Məclis sonuncu iclasını keçirir

O bildirib ki, ötən sessiyada komitənin 6 iclası keçirilib, 10 məsələ müzakirə edilib: "8 qanun layihəsi, o cümlədən Ombudsmanın illik məruzəsi və s. müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Ötən sessiyada "Konstitusiya məhkəməsi haqqında", "KİV haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və digər qanun layihələrinə əlavə və dəyişikliklər edilib".

B.Muradova qeyd edib ki, ötən sessiyada komitə tərəfindən 506 məktub aidiyyatı qurumlara göndərilib: "Deyirlər, guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb". 

Xəbər lenti
0