CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Acı dərə"nin vahimə altında yaşayan sakinləri hər gün "qıl körpüsü"ndən keçirlər

© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Köçəsgər kəndində torpaq sürüşməsi nəticəsində uçmuş yol
Ağstafa rayonunun Köçəsgər kəndində torpaq sürüşməsi nəticəsində uçmuş yol - Sputnik Azərbaycan
Abunə olmaq
Gecənin birində sürüşmə olsa, torpaq evi də udacaq, evdə olanları da

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Ağstafa rayonunun Köçəsgər kəndində son vaxtlar intensivləşən torpaq sürüşməsi yaxınlıqda yaşayan sakinlərə ciddi problemlər yaradıb. Sürüşmə nəticəsində küçədəki yol dağılaraq, ensizləşib və ətrafda 5-6 metr dərinliyində çökəklik yaranıb. Uçqunun evlərə çatmasına isə cəmi bir neçə metr qalıb.

Sakin Allahqulu Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, "Acı dərə" adlanan ərazidə bir neçə ildir sürüşmə gedir. Son iki ayda isə xüsusilə intensivləşib: "Bura 10-12 metr enində ana yol idi. Maşınlar işləyirdi. İndi 60 sm qalıb".

"Kəndçiyik, malımız heyvanımız var, örüşümüz kəndin o başındadır, malı burdan keçirə bilmirik. Yağış yağanda daha təhlükəli olur. Uşağı məktəbə göndərmək, kəndin mərkəzinə getmək üçün gərək 1-2 km fırlanıb o yandan gedək. Son 2 ayda isə çox təhlükəli vəziyyət yaranıb" — sakin deyib.

Sürüşmənin intensivləşməsinin ciddi fəsadlar yaratdığını deyən A.Səfərov əlavə edib ki, qarşısı vaxtında alınmazsa, 3-4 ildən sonra uçqun kəndin mərkəzinədək gedəcək: "Yaxınlıqda işıq transformatoru, 10 minlik elektrik naqilləri keçən dirəklər var. Uçqunla işıq dirəyi arasında yarım metr məsafə qalıb. Gecənin birində bura sürüşsə, görün, nə fəlakət yaşana bilər".

© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Köçəsgər kəndində torpaq sürüşməsi nəticəsində uçmuş yol
Ağstafa rayonunun Köçəsgər kəndində torpaq sürüşməsi nəticəsində uçmuş yol - Sputnik Azərbaycan
1/10
Ağstafa rayonunun Köçəsgər kəndində torpaq sürüşməsi nəticəsində uçmuş yol

2/10

3/10

4/10

5/10

6/10

7/10

8/10

9/10

10/10

Sürüşmə zonasına ən yaxın ərazidə yaşayan kənd sakini Səfər Həsənov isə yağış yağanda evlərinə girməyə qorxduqlarını deyib: "Gecənin birində sürüşmə olsa, torpaq evi də udacaq, evdə olanları da. Yağış yağanda evə girməyə qorxuruq, uşaqları qardaşımgilə göndərirəm yatmağa. Yağış yağmasa da, son sürüşmə 3-4 gün qabaq olub. Bir metr enində, 4 metr uzununda torpaq uçub töküldü dərəyə".

Digər sakin Asya Həsənova isə dəfələrlə bura mal-qaranın düşdüyünü deyib. Daha böyük fəlakətlər yaşanmaması üçün aidiyyatı qurumlardan kömək istəyib: "Uşaqlarımız məktəbə gedə bilmir, heyvanları örüşə yola sala bilmirik. Bu gün sabah yağışlar başlayacaq, qar yağacaq. Aidiyyatı qurumlardan xahiş edirik ki, bunun qarşısı vaxtında alınsın".

Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Memarlıq vəTikinti şöbəsinin müdiri Sənan Mustafayevlə əlaqə saxladıq. S.Mustafayev təmsil edildiyi qurum tərəfindən vəziyyətin diqqətdə saxlandığını bildirdi.

Onun sözlərinə görə, aktiv sürüşmə sahəsi ilə əlaqədar olaraq Nazirlər Kabinetinə müraciət olunub: "Müraciətə əsasən, aidiyyatı qurumlara tapşırıq verilib və yaxın vaxtlarda ərazidə meliorativ tədbirlər görüləcək".

Xəbər lenti
0