Bu ərazilərdə işıq olmayacaq

© Sputnik / Anar MustafayevElektrik sayğacı, arxiv şəkli
Elektrik sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bağlar ETSİ-nin xidmət ərazisində - Məhəmmədi kəndində də işıqlar kəsiləcək

BAKI, 3 oktyabr — Sputnik. Bu gün Abşeron rayonunun elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətin məlumat verilib. 

Bildirilib ki, bu gün saat 14:00-dan 16:30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) yenidənqurma işləri aparılacaq.

Bununla əlaqdər Abşeron rayonunun Quşçuluq Massivi, kənd Xırdalan və Masazır qəsəbəsinin bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Eyni zamanda 110/35/10 kV-luq "Zabrat" y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədar Bağlar ETSİ-nin xidmət ərazisində — Məhəmmədi kəndində də işıqlar kəsiləcək.

Xəbər lenti
0