Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəza oldu, sürücülər xəsarət aldı

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır

Leyla  Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr – Sputnik. Bu gün şimal bölgəsində avtoqəza olub. Hadisə 19:00 radələrində Quba-Bakı yolunda baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, iki maşın toqquşub. Şəmkir rayon sakini Rəhman Rəfail oğlu Məmmədovun idarə etdiyi VAZ 2107 markalı minik avtomobili qəflətən yolun əks istiqaməti ilə hərəkət edən Quba rayon sakini Qurban Musayevin idarə etdiyi KİA Optima markalı minik avtomobili ilə toqquşub. Hər iki sürücü çoxlu xəsarətlər alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0