Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xaricdə bizi "soyanlar" ölkəmizdə vətəndaş hüquqları ilə dolaşırlar - AYRISEÇKİLİK

© Photo : TRENDТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbi vətəndaş turist kimi gəlibsə, Azərbaycan vətəndaşına göstərilən hər bir xidmət ona da eyni qaydada göstərilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Xarici ölkələrdə səhiyyə xidmətləri çox bahadır. Əgər sığortan yoxdursa və səfər zamanı başına hansısa bədbəxt hadisə gəlibsə, pulun olmasa, yəqin ki, həyatla vidalaşmalı olarsan.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident icbari tibbi sığorta ilə bağlı vacib sənəd imzaladı

Çox uzağa getməyək, götürək elə qardaş ölkə Türkiyəni. Orada səhiyyə xidmətləri çox bahadır. Əgər əcnəbisənsə, bu qiymət 2-3 dəfə baha olur.

Bu barədə Sputnik Azərbaycan-a müraciət edən deyən Bakı sakini, 37 yaşlı İlahə Cəlilova bildirib: "Bir müddət əvvəl uşaqlarımla Antalyaya istirahətə getmişdim. Uşağın ayağı hovuzun kənarında sürüşdü və yıxıldı. Başı yerə dəydi. Bir müddət sonra qusmağa başladı. Biz səyahət sığortası etdirdiyimiz üçün şirkətlə əlaqə saxlayıb vəziyyəti dedik. Yarım saat sonra Təcili Yardım gəldi və uşağı xəstəxanaya apardılar. Həmin gün təkcə MRT və uşağın həkim tərəfindən müayinəsi 750 dollara başa gəldi. Bizə bildirdilər ki, əgər bir gün xəstəxanada qalmaq istəyiriksə, ümumilikdə 1200 dollar ödəməliyik".

Şikayətçi qeyd edib ki, yanında pul olmadığı üçün, onu xəstəxanaya gətirən sığorta şirkətinin nümayəndəsi pasportlarını alıb saxlayıb: "Bizə bildirdilər ki, sabah pulu ödəyib pasportunuzu ala bilərsiniz. Ertəsi gün Bakıdan mənə pul göndərdilər, borcumuzu ödəyib, pasportumuzu geri aldıq".

Maraqlıdır, Azərbaycanda da Türkiyədə və ya digər dövlətlərdə olduğu kimi əcnəbilər üçün səhiyyə xidmətləri bahadır? Sualımıza tapmaq məqsədilə kiçik araşdırma apardıq.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, Azərbaycanda da əcnəbilərə səhiyyə xidmətlərinin göstərilməsi digər ölkələrdəki vəziyyətdən kəskin şəkildə fərqlənmir: "Əsas məsələ odur ki, Azərbaycana istər turist, istərsə də başqa şəkildə gələn istənilən əcnəbinin səfər sığortası olmalıdır. Belə olan vəziyyətdə, əcnəbinin başına hər hansı pis hadisə gəldiyi zaman sığorta şirkətləri onun müalicəsi zamanı dəymiş zərəri ödəyir".

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda əcnəbilər üçün "yaşıl işıq" təklifi: Mənzillərimizə əlləri çatmalıdır

Ekspert təəssüflə qeyd etdi ki, xarici ölkələrə səfər edən insanlar çox zaman bu barədə düşünmürlər: "Məsələn, şengen viza verilən zaman sığorta sənədi tələb olunur və bu sənəd təqdim edilmədiyi təqdirdə viza verilmir. Xaricdə təhsil alan tələbələrə "yaşama icazəsi" o zaman verilir ki, həm tələbələr təhsil müddətində sığorta edilmiş olsunlar. Sığortası olmayan tələbələrə yaşamağa icazəsi verilmir".

"Çox zaman sığorta şirkətlərinə etibar olmadığı üçün insanlar sığorta etdirməyi düşünmürlər. Azərbaycana gələn əcnəbilərin də böyük əksəriyyəti ölkəyə gəldikləri zaman sığorta şəhadətnaməsi əldə etməyi düşünmürlər. Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər sığorta etdirməyə daha maraqlı olur və onlara daha bahalı sığorta paketlərini seçirlər" — deyə Allahverənov əlavə etdi.

Onun sözlərinə görə, xarici ölkələrdə səhiyyə xidmətləri bahadır: "Hər bir xidmətin formalaşmasını təmin edən şərtlər mövcuddur. Turizm şəhərlərində bütün xidmətlər baha olur. Bu səbəbdən də xarici ölkələrdə olduqda belə, dövlət səhiyyə müəssisələrinə müraciət etmək lazımdır".

Sualımıza Səhiyyə Nazirliyindən də cavab aldıq. Nazirliyin mətbuat xidmətindən məlumat verildi ki, ümumi qaydaya görə, əgər əcnəbi vətəndaş turist kimi gəlibsə, Azərbaycan vətəndaşına göstərilən hər bir xidmət ona da eyni qaydada göstərilir.

"Xarici vətəndaş işləyirsə, o zaman çox vaxt sığorta ilə müraciət edirlər. Sığortalı xəstələrə də eyni tibbi xidmət göstərilir" – deyə Nazirlikdən bildirildi.

Qeyd olundu ki, dövlət xəstəxanaları turistlərə yerli vətəndaşlarla fərq qoymadan pulsuz xidmət göstərir: "Özəl xəstəxanalarda da eyni qaydadır. Ödəniş Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi vətəndaş üçün eynidir".

Xəbər lenti
0