BAKI, 2 oktyabr — Sputnik. Barselonada ötən gün baş verən toqquşmalar nəticəsində "Mossos D`Esquadra" hüquq mühafizə orqanın 30-dan çox əməkdaşı yaralanıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Hələlik polis aksiyalar zamanı nə qədər insan saxlanıldığını açıqlamır. Bununla bağlı xüsusi mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, etirazçılar və hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşmalar bazar ertəsi Barselona və Jironada qeydə alınıb. Qeyd edək ki, oktyabrın 1-i Kataloniyada qanunsuz keçirilən referendumun ildönümü ilə bağlı etiraz aksiyası keçirilib. Referendumun nəticələrini nə İspaniya rəhbərliyi, nə də Konstitusiya məhkəməsi tanımayıb.